Tramp Rusiya ilə qarşıdurmadan geri çəkilir?

11-04-2018, 19:12           
Tramp Rusiya ilə qarşıdurmadan geri çəkilir?
“İndi Rusiya ilə münasibətlərimiz hətta soyuq müharibə illərindəkindən də pisdir”.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı “Twitter” səhifəsində bir gündə yazdığı ikinci mesajında bildirib.

O vurğulayıb ki, amma belə bir vəziyyətin yaranması üçün heç bir əsas yoxdur: “Rusiya iqtisadiyyatının bizim köməyimizə ehtiyacı var. Bunu etmək çox asandır. Bizə bütövlükdə ölkələrimizin birlikdə işləməsi lazımdır. Bəlkə, silahlanmanı dayandıraq?”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Twitter"dəki birinci mesajında dünyada sensasiya doğuran qeyd paylaşmışdı: "Rusiya Suriyaya doğru buraxılan bütün raketləri vuracağını vəd edir. Hazırlaş, Rusiya, raketlər gəlir - yaxşı, yeni, "ağıllı" raketlər".

Yeri gəlmişkən, həmin mesajla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir az əvvəl özünün "Facebook" səhifəsində yazmışdı: “Ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır...

Bəs, görəsən Kimyəvi Sİlahların Qadağan Olunması Təşkilatının müfəttişlərini xəbərdar ediblərmi ki, indi ağıllı raketlər kimyəvi silahın tətbiq olunduğuna dair yerdəki bütün sübutları məhv edəcək? Bəlkə bütün düşüncə elə ondan ibarətdir ki, provokasiyanın bütün izlərini ağıllı raket zərbələri ilə silsinlər və beynəlxalq müfəttişlərin sübut qismində nəsə axtarmasına ehtiyac qalmasın?".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.