KSQT “Skripalın işi” üzrə araşdırmanın nəticələrini Böyük Britaniyaya təqdim edib

12-04-2018, 06:52           

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) nümayəndələri “Skripalın işi” üzrə araşdırmanın nəticələrini Böyük Britaniyaya təqdim edib.

APA-nın məlumatına görə, bu barədə “Daily Mail” Britaniya XİN nümayəndəsinə istinadən xəbər verib.
"Qaydalara uyğun olaraq, sorğumuz əsasında hesabatın son versiyası bizə təqdim edilib", deyə Böyük Britaniya Xarici işlər nazirliyinin nümayəndəsi bildirib.
Sənədlə bağlı rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir. Həmçinin “Skripalın işi” üzrə araşdırma Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrə də göndəriləcək.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.