ABŞ və Rusiya ordusu üz-üzə: - rusların qələbə şansı....
12-04-2018, 19:41

ABŞ Hərbi Hava Qüvvələri ilə hava döyüşündə Rusiya böyük itkiyə məruz qalacaq.
Axar.az xəbər verir ki, bu iddia “Drayv” (“The Drive”) qəzetində yer alam məqalədə əksini tapıb. Məqalədə ABŞ-ın Rusiyanın Suriyadakı mövqelərini vurmasında sonra Moskvanın ona cavab verəcəyi bildirilib. Nəticədə Suriyanın şərqində olan ABŞ-ın dəstəklədiyi Əsəd düşmənlərinin Moskvanın hədəfinə düşəcəyi vurğulanıb:
“Rus təyyarələri isə bombardmana başladıqdan sonra böyük itkilərə məruz qalacaqlar. Belə ki, onlara bu itkini F-22 Raptor qırıcıları yaşadacaq. Ruslar yeni silahlarını Suriyada daha çox İŞİD və müxalifətin üzərində sınaqdan keçirirlər. Lakin onların ABŞ hücumuna qarşı daha etibarlı sistemlərdən istifadəsi gözlənilir”.
Rusiyanın səmada ABŞ-a uduzacağını hərbi ekspert Pavel Felgenhauer də deyib. O, buna sübut kimi ABŞ ordusunun fevralın 7-də Rusiyaya bağlı qüvvələrə endirdiyi zərbəni göstərib:
“Rusiyanın taktiki batalyon qrupu o zaman amerikalılardan çox ağır zərbə aldı. Rusların o zaman havadan müdafiəsi yox idi, üstəlik onlar radioelektron mübarizə sistemlərinə də malik deyildilər. Amerikalılarda isə bu var idi. Əgər bunlar ruslarda olsaydı, amerikalılar onları kəsəndən sonra hərəkətə keçməli olacaqdılar”.