Vladimir Putin superağır raketin sınaqlarını anons edib

12-04-2018, 19:46           
Vladimir Putin superağır raketin sınaqlarını anons edib
Rusiya prezidenti Vladimir Putin 2028-ci ildə Rusiyanın superağır raketini test etməyə başlayacaqlarını açıqlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, V.Putin bu barədə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Kosmos" pavilyonuna baxış zamanı bildirib.

Onun sözlərinə görə, sınaqları keçirmək üçün onların planlaşdırdığı "Vostoçnı" kosmodromunda xüsusi start kompleksi yaratmaq lazımdır.

V.Putin qeyd edib ki, buraxılış kompleksi və raketin eyni anda hazırlanması üçün raket və buraxılış meydançası paralel olaraq inşa ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru