“Müharibə bu şəhərdə bitəcək” – ABŞ NÖQTƏNİ QOYDU

12-04-2018, 23:32           

“ABŞ Suriya müharibəsinin başa çatması üçün Cenevrə prosesinə bağlıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

Suriyanın hökumət qüvvələrinə qarşı əməliyyatın keçirilməsinə gəlincə, müdafiə naziri hər hansı əməliyyatdan əvvəl Konqresin məlumatlandırılacağını deyib.

“Suriyada kimyəvi hücum olduğuna inanıram. ABŞ olaraq dəlil axtarırıq”, - Ceyms Mettis vurğulayıb.



Onun sözlərinə görə, Suriyada kimyəvi silahların gizlədilməsində Rusiya da məsuliyyət daşıyır.

Qeyd edək ki, Rusiya, Türkiyə və İranın təmsil olunduğu Astana formatı da Suriya böhranının həlli ilə məşğul olur. ABŞ isə Astana formatını qəbul etmir, Suriya böhranının yalnız Cenevrə formatında həllini tapacağını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru