Mandelanın 27 illik həbsinə kim xeyir-dua verib? - MKİ sirri

13-04-2018, 00:11           
Mandelanın 27 illik həbsinə kim xeyir-dua verib? - MKİ sirri
Cənubi Afrikada irqçiliyə qarşı mübarizədə simvol olan Nelson Mandela 1962-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xeyir-duası ilə 27 il müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə MKİ-nin keçmiş əməkdaşı Donald Riçard qeyd edib.

Agent bildirib ki, həmin dövrdə Sovetlər Birliyi istisna olmaqla ən təhlükəli kommunist Mandela olub. Bununla da, MKİ-nin keçmiş əməkdaşı Mandelanın 27 il həbsdə saxlanılmasının səbəbinə vurğu edib.

O deyib ki, Yohannesburqdan Durbana getmək üçün yola çıxan Mandelanın Natal yolunda olduğunu öyrəndikdən sonra bu barədə informasiyanı Cənubi Afrikanın hüquq-mühafizə orqanları ilə paylaşıblar.

Xatırladaq ki, 1960-cı illərdə Donald Riçard ABŞ-ın Cənubi Afrikadakı konsulunun köməkçisi vəzifəsini icra edib. Donald Riçard bu açıqlamanı bir neçə il əvvəl verib və bundan 2 həftə sonra vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru