Suriya bombalanacaq - hökumət icazə VERDİ

13-04-2018, 00:49           
Suriya bombalanacaq - hökumət icazə VERDİ
Böyük Britaniyanın Nazirlər Kabineti krallığın Suriyaya mümkün zərbə endirilməsi aksiyasında iştirakına icazə verib.

Unikal.org xəbər verir ki, bu barədə baş nazir Tereza Meyin sədrliyi ilə keçən iclasda qərar qəbul olunub.

Çərşənbə axşamı Britaniyanın baş naziri Tereza Mey bildirib ki, ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron belə bir qənaətə gəliblər ki, beynəlxalq ictimaiyyət kimyəvi silahın tətbiqinə qadağanın dəstəklənməsi naminə Suriyaya ehtimal olunan hücuma reaksiya verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru