Britaniya Rusiyadan üzr istədi

13-04-2018, 11:14           
Britaniya Rusiyadan üzr istədi
Britaniyanın Uçuş Təhlükəsizliyi Mərkəzi “Aeroflot”a məxsus təyyarənin göyərtəsində axtarış aparılmasının səbəblərini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat naziri Maksim Sokolov deyib. Nazir mərkəzin “Aeroflot”dan martın 30-da aparılan axtarışa görə üzr istədini də qeyd edib.

Qeyd edək ki, martın 30-da Londondan Moskvaya səfərə hazırlaşan “Aeroflot” hava yollarına məxsus təyyarənin göyərtəsində xüsusi-xidmət orqanları axtarış aparılıb. Axtarışın ekipaj üzvlərinin iştirakı olmadan və heç bir sənəd təqdim edilmədən aparılması qarşıdurma yaradıb. Yalnız Rusiya səfirliyinin nümayəndəsinin hadisə yerinə gəlməsindən sonra təyyarə komandirinin axtarışda iştirakına icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru