Ermənistan üsyan burulğanında VİDEO

15-04-2018, 00:13           

Bu gün Ermənistan paytaxtında gərginliklər yaşanıb.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, etiraz yürüşü keçirən müxalifət qüvvələri ölkənin İctimai Radiosunun binasını ələ keçirib.

N.Paşinyan və tərəfdarlarının hərəkətləri ilə bağlı Ermənistan polisinin rəsmi məlumatı yayılıb. Məlumatda bildirilir ki, Paşinyan və tərəfdarları açıq-aşkar cinayət məsuliyyəti yaradan qanun pozuntusuna yol verib. Məlumatda qeyd olunduğuna görə, müxalifətçilər radio binasının polis tərəfindən mühafizə olunmasına əhəmiyyət vermədən radiokompaniyanın otaqlarından birinin bağlı qapısını qırıb içəri daxil olublar. Polisin tələblərinə baxmayaraq, Paşinyan və aksiyanın digər təşkilatçıları tələbə əməl etməyiblər. Üstəlik, N.Paşinyan ona canlı efir verilməsini tələb edib.

Son olaraq erməni mediası xəbər yayıb ki, “Vətəndaş müqaviləsi” partiyasının lideri, deputat Nikol Paşinyan radio ilə xalqa müraciət etdikdən sonra tərəfdarları ilə birgə binanı tərk edib. Bundan sonra aksiya yürüş şəklində İrəvan küçələrində davam etdirilib.

Qeyd edək ki, aksiyalar Serj Sərkisyanın baş nazir postuna rəsmən namizədliyinin irəli sürülməsindən sonra başlanıb.

Ermənistan üsyan burulğanında VİDEO
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.