10 il sonra dünyanı onlar idarə edəcək – Siyahı

15-04-2018, 17:36           

2030-cu ildə dünya iqtisadiyyatında hegemonluq edəcək ölkələrin siyahısı açıqlanıb.

Axar.az xəbər verir ki, "Price Waterhouse Coopers" şirkəti 2030-cu ildə dünyanın ən nəhəng iqtisadi gücünə çevriləcək ölkələrin adlarını təqdim edib.

İlk üçlükdə Çin, ABŞ və qəribə də olsa, Hindistan yer alıb. Hazırda dünya iqtisadiyyatının nəhənglərindən sayılan Yaponiya 4-cü yerdə qərarlaşıb.

Avropa iqtisadiyyatının lokomotivi hesab olunan Almaniya yerini İndoneziya və Rusiyaya verib.

Sonrakı yerlərdə Braziliya, Meksika və İngiltərə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru