Mettis: "ABŞ Koreya yarımadasından qoşunların çıxarılmasını müzakirə etməyə hazırdır" 28-04-2018, 09:49 ABŞ müttəfiqləri və Şimali Koreya ilə qoşunlarının Koreya yarımadasından çıxarılmasını müzakirə etməyə hazırdır. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib. "Bu, müttəfiqlərimiz və, ilk növbədə, Şimali Koreya ilə danışıqlar zamanı müzakirə edəcəyimiz məsələlərin bir hissəsidir", deyə C.Mettis qeyd edib. Pentaqon rəhbəri eyni zamanda vurğulayıb ki, hazırda hər hansı ilkin şərtlər təklif etmək və yaxud fərziyyələr irəli sürməyin zamanı deyil. Facebook-da paylaş