Ukrayna Donbasda yeni əməliyyat planına başladı

30-04-2018, 18:57           

Ukrayna prezidenti Petro Poroşenko birləşmiş qüvvələrin qondarma Donetsk Respublikasında hərbi əməliyyatlara başlanmasını elan edib.

Modern.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu əmliyyatlar ölkənin ərazi bütövlüyünün qorunmasına hesablanıb.

Poroşenko antiterrorist əməliyyatlarının bitməsi və birləşmiş qüvvələrin əməliyyatlara başlaması barədə rəsmi surətdə bəyan edib.

“Bu gün aprelin 30-u 2018-ci ildə Donesk və Luqansk əyalətlərində irimiqyaslı antiterrorist əməliyyatları sona çatır. Biz indi ərazi bütövlüyünün qorunmasını təmin etmək üçün Ukraynanın Silahlı Qüvvələrinin rəhbərliyi altında hərbi əməliyyatlara başlayırıq” – Poroşenko bəyan edib.

Qeyd edək ki, Ukrayna prezidenti bu əməliyyatların aprelin 30-da başlanacağı barədə aprelin 16-dan məlumat verib. Bu əməliyyatlara general-leytenant Sergey Naevu başçılıq edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru