Əfqanıstan çalxalanır: BBC-nin jurnalisti də öldürüldü

30-04-2018, 23:27           

Əfqanıstanın paytaxtı Kabildə iki partlayış olub.

Axar.az xəbər verir ki, “Röyter” agentliyi partlayışlardan birinin Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin binası yaxınlığında baş verdiyini yazıb. Partlayış nəticəsində 7 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Əfqanıstan polisi partlayışı kamikadzenin törətdiyini bildirib.

***

Rəsmi məlumata görə, ölənlərin sayının 21-ə çatıb, 27 nəfər isə yaralanıb.

Ölənlər arasında "Frans Press" agentliyinin fotoqrafı Şa Marai də var.

***

Əfqanıstanın cənub-şərqində yerləşən Host vilayətində BBC-nin jurnalisti Əhməd Şah öldürülüb.

Host vilayətinin polis rəisinin məlumatına görə, velosipedlə hərəkət edən Əhməd Şah naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. Ağır xəsarətlər alan jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru