“Serj Sarqsyan baş nazir seçkisinin pozulması barədə göstəriş verib” - Paşinyan

1-05-2018, 12:19           
“Serj Sarqsyan baş nazir seçkisinin pozulması barədə göstəriş verib” - Paşinyan
“Serj Sarqsyanın gecə keçirdiyi müşavirədə Respublikaçılar Partiyasının baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozması barədə qərar qəbul edilib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri postuna namizəd, "məxməri inqilabın" lideri Nikol Paşinyan mayın 1-də “Facebook”da canlı yayımda bildirib.

O, tərəfdarlarını yenidən mitinqə çağırıb: “Mən hamını səhər saatlarından "Respublika" meydanında mitinqə, qələbəni qorumağa çağırıram. Respublikaçıların planı bir həftədən sonra öz namizədlərini irəli sürməkdir”.

Qeyd edək ki, mayın 1-də saat 12-də Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Nikol Paşinyan bu posta yeganə namizəddir. Baş nazir olması üçün parlamentin 105 üzvündən 53-ü ona səs verməlidir. Hazırda N.Paşinyanın başçılıq etdiyi “Çıxış” fraksiyası parlamentdə 9, onu dəstəkləyən “Tsarukyan” bloku 31, hakim koalisiyadan çıxan “Daşnaksütyun” fraksiyası isə 7 deputata malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru