Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Saud Barak Obama ilə danışıqlar üçün ABŞ-a gedib. Kral orada `Four Seasons` otelə yerləşib.
Bu barədə BBC xəbər verir.
Qonaqlar üçün otelə xüsusi olaraq qızıl medal, qızıl güzgü, qızıl çılçıraqlar, hətta qızıldan şkaflar da gətiriblər.
Oteldən olan mənbə bildirib ki, Səudiyyə kralının ayağının döşəməyə dəyməməsi üçün hətta dəhliz və yeraltı qaraja belı qırmızı xalı sərilib.
`New York Post` nəşrinin məlumatına görə, oteldə standart nömrənin dəyəri 500 dollardır. 222 qonağı qəbul etmək iqtidarında olan otel kral Salman tərəfindən bir neçə günlük tamamilə tutulub.