Ermənistan müxalifəti iki şəhərdə meriya binasını ələ keçirdi

2-05-2018, 17:41           
Ermənistan müxalifəti iki şəhərdə meriya binasını ələ keçirdi\
Ermənistan müxalifətinin tərəfdarlarından ibarət bir qrup şəxs Gümrü və Maralik şəhərlərinin meriya binalarına soxularaq nəzarəti ələ keçiriblər.

TASS xəbər verir ki, etirazçılar şəhər administrasiyası rəhbərliyindən müxalifətə qatılmalarını tələb edirlər.

Eyni zamanda şəhərin bütün dövlət binalarının müxalifət tərəfdarlarının nəzarətində olduğu bildirilir.

Oxşar vəziyyət Maralik şəhərində də müşahidə olunur. Orada da nümayişçilər meriya binasına soxularaq hökumət əleyhinə şüarlar səsləndirirlər.

Aksiyanın təşəbbüskarlarından biri, şəhərin Ağsaqqallar Şurasının üzvü Aqun Saqatelyan bildirib ki, xalq Respublikaçılar Partiyasının hakimiyyətindən qurtulmaq istəyir. O əlavə edib ki, şəhər sakinləri merdən Respublikaçılar Partiyasına üzvlükdən imtina etməyi və müxalifət hərəkatına qoşulmağı tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru