"Washington Post": Tramp il ərzində 2 mindən çox yalan danışıb
2-05-2018, 17:47
ABŞ prezidenti Donald Tramp 355 gün ərzində 2 mindən çox yalan danışıb. Qaynarinfo xəbər verir ki, bu barədə onun açıqlama və iddialarını analiz edən "Washington Post" qəzeti yazıb. İl ərzində ABŞ prezidentinin 2 mindən çox yalan danışdığını iddia edən qəzet gün ərzində verdiyi açıqlamalarından təxminən 5-6-sının yalan olduğunu qeyd edib.