İranda 5,6 bal gücündə zəlzələ –Xəsarət alanların sayı 76-ya çatıb

2-05-2018, 18:08           

İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. Trend-in məlumatına görə, onlardan bəzilərinə yerindəcə tibbi yardım göstərilib.

Məlumatlara görə, infrastruktur və elektrik təsərrüfatına ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, İranın cənub-qərbində – Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ olub. Zəlzələ İran vaxtı ilə 8.38-də qeydə alınıb.

Yerin 8 km dərinliyində baş verən zəlzələ nəticəsində bəzi yerlərdə elektrik verilişi dayanıb, binalarda çatlar əmələ gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru