Keçmiş SSRİ-nin 5 ölkəsinin vətəndaşları artıq rusiyalı olur - HESABAT

2-05-2018, 23:21           

Rusiyada vətəndaşlıq alan əcnəbilərin sayı 3 dəfəyə yaxın artıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, artım 2012-2017-ci illəri əhatə edib. DİN-nin məlumatına görə, bu rəqəm 95 737-dən 257 822-yə yüksəlib. Xüsusilə Ukrayna, Qazaxıstan, Tacikistan, Ermənistan və Özbəkistandan gedərək vətəndaşlıq alanların sayında ciddi artım olub.

2017-ci ildə Rusiya pasportu alanlar arasında ilk yeri ukraynalılar tutub- 85119 nəfər. Bu usə 5 il əvvəlki göstəricidən 7 dəfə artıqdır.

İkinci yerdə Qazaxıstandan gələnlər dayanır- 40718 nəfər. 5 il əvvəl rusiyalı olan qazaxıstanlıların sayı cəmi 14585 nəfər olmuşdu.

Üçüncü yeri Tacikistandan gedənlər tutur. Rusiya vətəndaşlığı alan taciklərin sayı 29 039-a çatıb. 5 il əvvəl bu rəqəm cəmi 9773 nəfər idi.

İlk beşliyə daxil olanErmənistandan Rusiyada vətəndaşlıq alanların sayı 25 144, Özbəkistandan isə 23 334 nəfər təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru