ABŞ-da baş vermiş təyyarə qəzasında 9 nəfər ölüb - FOTO - VİDEO

3-05-2018, 08:42           
ABŞ-da baş vermiş təyyarə qəzasında 9 nəfər ölüb - FOTO - VİDEO
ABŞ-da baş vermiş təyyarə qəzasında 9 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB-3 3 May, 2018 06:22 Bakı. 2 may. REPORT.AZ/ ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. "Report"un "ABC News"ə istinadən məlumatına görə, hadisə vaxtı təyyarənin göyərtəsində Puerto-Rikonun Milli Qvardiyasının zabitləri olub. Onlar istefaya çıxmaq üçün Arizonaya gəlirmiş. Bu, həm də 60 il istismar edilən təyyarənin son uçuşu olmalı idi. Lakin təyyarə beynəlxalq hava limanından qalxdıqdan dərhal sonra yanmağa başlayıb və avtomagistrala düşüb. Polis nümayəndəsi həmin vaxt yolda heç bir avtomobilin olmamasını möcüzə adlandırıb. Puerto-Rikonun Milli Qvardiyasının nümayəndəsi, mayor Pol Dalen qeyd edib ki, C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi köhnə olmasına baxmayaraq, yaxşı vəziyyətdə olub. C-130 ("Hercules") təkcə ABŞ-ın deyil, bir çox ölkələrin Hərbi Hava Qüvvələrində əsas taktiki nəqliyyat vasitəsidir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru