Alman ordusunda böhran: 130 qırıcıdan cəmi 10-u...
3-05-2018, 09:58
Almaniya ordusunda 130-a yaxın "Avrofayter" tipli qırıcı təyyarə olsa da, bunların 10-u hərbi xidmət üçün yararlıdır.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Şpiqel" qəzeti iddia edib. Qeyd edilir ki, ötən il istifadəyə yararlı 39 təyyarə var idisə, bu il bu say 29 ədəd azalıb.
Hesablamalara əsasən, sözügedən təyyarələri ordunun xidmətinə tam vermək üçün lazım olan təchizat yetərli qədər deyil. Belə ki, təyyarələri təchiz etmək üçün yalnız məhdud miqdarda silah var. Hava müharibəsində lazım olan raketlərin isə qısa müddət ərzində bərpası mümkün deyil.