Rusiya Prezidenti Vladimir Putin keçmiş maliyyə naziri Aleksey Kudrini vacib postlardan birinə təyin etmək haqqında düşünür.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Faynənşıl Tayms” qəzeti yayıb. Qəzet bu addımın Qərb üçün xüsusi mesaj olduğunu bildirib:
“Putin bu mesajıyla kompromisə hazır olduğunu göstərir. Böyük ehtimalla Kudrinin Prezident Administrasiyasına təyin olunacağı gözlənilir. Belə ki, onun burada beynəlxalq iqtisadi əməkdaşlıq məsələləri üzrə nümayəndə olması ehtimal edilir”.
Qəzetə açıqlama verən iqtisadçı ekspert Yevgeni Qontmaxer Kudrinin vəzifəyə gətirilməsinin Rusiyanın xarici siyasətində dəyişikliklərə gətirib çıxaracağını deyib:
“Rusiya xarici siyasətində dəyişikliklər olmadan reformlar mümkünsüzdür. Kudrin Rusiyanın hakim təbəqəsində Qərbin güvəndiyi və dialoq apara biləcəyi yeganə şəxsdir”.