Ermənistandakı etiraz aksiyalarını maliyyələşdirən şəxslərin adları məlum olub

4-05-2018, 22:39           

“Mənim addımım” etiraz hərəkatının lideri, Ermənistanın “Çıxış” blokundan olan deputat Nikol Paşinyan öz “Facebook” səhifəsində hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib.

Aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı 7 769 800 dram (təxminən, 16 000 ABŞ dolları) təşkil edib.

Siyahıda müxtəlif ölkələrdən olan insanların adı yer alıb. Bəziləri ad və soyadlarının açıqlanmasını istəməyib, bir qism insanın isə yalnız adları göstərilib.

Belə ki, siyahıda İsveçdən Liliya, ABŞ-dan Kristine Ovsepyan, Münhendən Vaaqn Petrosyan, həmçinin Rusiyada yaşayan onlarla erməninin adı var.

Qeyd olunanlar arasında məşhur şahmatçı, Rusiyanın müxalifət xadimlərindən biri olan Harri Kasparovun da adı var. O, etiraz hərəkatına 10 000 dram (təxminən, 20 dollar) pul ayırıb.
Avropa.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru