Direktor baş nazirin arvadını işdən qovdu

5-05-2018, 00:20           

Danimarkanın baş naziri Lars Lökke Rasmussenin həyat yoldaşı Sölrun Lökke Rasmussen işdən çıxarılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Kopenhagendə ən nüfuzlu təhsil ocaqlarından olan N.Zahles N.Zahles Gymnasieskole liseyinin tərkibində yerləşən Balet məktəbində müəllim işləyən S.Lökke iş proseduruna uyğunlaşa bilmədiyi əsas gətirilərək vəzifədən çıxarılıb.

Direktor bu qərarını müəllimlər iclasında açıqlayıb.

İddialara görə həmin iclasa S.Lökke həyat yoldaşı ilə birgə qatılıb.

Məktəbdən iclasın qapalı keçirildiyi əsas gətirərək, bununla bağlı heç bir açıqlama verilməyəcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru