ABŞ-ın zərbə qrupu Suriyada növbəti hərbi əməliyyata başladı –İŞİD-ə qarşı

5-05-2018, 09:05           

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Harri Trumen” aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.

Bu barədə Amerika HDQ-nin bəyanatında deyilir.

“Harri Trumen” aviadaşıyıcı zərbə qrupu mayın 3-də “Sarsılmaz qətiyyət” əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb”, — deyə sənəddə bildirilir.

HDQ-dən qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru