Milyarder Kərimov xəstəxanaya yerləşdirildi

6-05-2018, 20:04           

Fransa məhkəməsinin izni ilə Moskvaya gələn rusiyalı senator Süleyman Kərimov ürəyində problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bunu milyarderin köməkçisi Aleksey Krasovski deyib.

"Şənbə günü axşam ürək nahiyəsində nasazlıq hiss etdi, həkim çağırdı. Təcili yardımla Vişnevski hospitalına aparıldı, ürək ritminin mürəkkəb pozulması diaqnozu qoyuldu", - deyə Aleksey Krasovski bildirib.

Xəstəxana kardiocərrahının sözlərinə görə, reanimasiyada senatorun sinus ritmi bərpa olunub və o, həkim nəzarəti altında evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru