Sabah Rusiya hökuməti istefa verəcək

6-05-2018, 20:12           

Bazar ertəsi Dmitri Medvedevin rəhbərliyi ilə Rusiya hökuməti istefa verəcək.

Növbəti gün isə Nazirlər Kabinetinə yeni baş nazirin təyin ediləcəyi gözlənilir.

Unikal.org bildirir ki, mayın 7-də Vladimir Putin inauqurasiyadan sonra baş nazir postuna namizədin adını açıqlayacaq.

Mayın 8-də isə onun təyinatı Dövlət Dumasında müzakirə ediləcək.

İnauqurasiyadan sonra Putin baş nazirin adının açıqlanacağı fərman imzalayacaq. İstefa baş nazir, onun müavinləri və federal nazirləri əhatə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru