Heyli: "KXDR ilə müharibə hələ də mümkün variantlardan biri olaraq qalır"

7-05-2018, 08:49           
Heyli: "KXDR ilə müharibə hələ də mümkün variantlardan biri olaraq qalır"
Şimali Koreya ilə müharibə hələ də prezident Donald Tramp administrasiyasının mümkün tədbirlərindən biri olaraq qalır. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli deyib. "Bu administrasiya Şimali Koreyaya Birləşmiş Ştatları təhdid edəcəyi təqdirdə onunla nə baş verəcəyini nümayiş etdirən mövqe tutub. Heç kim müharibə etmək istəmir. Prezident müharibə istəmir, mən müharibə istəmirəm. Lakin bu, mümkün əməliyyat variantlarından biridir", - deyə o, CBS teleşirkətinə müsahibəsində "ABŞ Şimali Koreya ilə müharibəyə hazırdırmı?" sualına cavabında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru