Britaniyada 1930-cu illərin təyyarəsi çimərliyə təcili eniş edib - VİDEO

7-05-2018, 08:56           
Britaniyada 1930-cu illərin təyyarəsi çimərliyə təcili eniş edib - VİDEO
Fransa istehsalı olan 1930-cu illərə məxsus təyyarə mühərrikində nasazlıq səbəbindən Britaniyanın Devon qraflığının Sidmut şəhər çimərliyinə təcili eniş edib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "DevonLive" xəbər portalı məlumat yayıb. Hadisə şənbə günü axşam baş verib. İki yerli sakin vintaj təyyarə və avtomobillər sərgisinin keçirildiyi Bodmin şəhərindən Branskombdakı evlərinə qayıdırmış. Hava gəmisinin sükanı arxasında olan 47 yaşlı Zak Rokinin sözlərinə görə, mühərrik imtina etdikdən sonra onun praktiki olaraq seçimi qalmayıb və təyyarəni çimərlikdə endirmək məcburiyyəti yaranıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
[media=https://www.youtube.com/watch?v=cTUMaTjKx5s]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru