Moskvaya qarşı sanksiyalar NASA-ya problemlər yaradıb
7-05-2018, 13:48
Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara görə ABŞ Beynəlxalq Kosmik Stansiyaya yük daşınmasına mane ola bilər.
Modern.az “RT”yə istinadən xəbər verir ki, bu barədə NASA-nın baş müfəttiş ofisinin hesabatında qeyd edilib.
Bildirildiyi kimi yüklərin çatdırılması ilə “Orbital AT” kommersiya şirkəti məşğul olur. Şirkət “Antares 230” daşıyıcı raketlərindən istifadə edir. Bu raketlərin birinci pilləsində Rusiya istehsalı olan “RD 181” maye yanacaqlı raket mühərriklərindən istifadə olunur.
Tətbiq olunan sanksiyalar isə şirkəti bu mühərriklərin istifadəsindən məhrum edə bilər.
Qeyd etmək lazımdır ki. Hazırda sanksiyalar “Orbital AT” şirkətinə aid edilməyib. Lakin bu üstünlük yalnız 2020-ci ilə kimi olacaq.
Xatırladaq ki, ABŞ tərəfi Rusiya istehsalı olan Raket mühərriklərinə üstünlük verir.