BMT-nin baş katibi Kubanın yeni rəhbəri ilə görüşüb

8-05-2018, 07:44           
BMT-nin baş katibi Kubanın yeni rəhbəri ilə görüşüb
BMT-nin baş katibi Antoniu Quttereş Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının rəhbəri Migel Dias-Kanellə görüşüb. "Report" xəbər verir ki, bu barədə "Cuba Debate" məlumat yayıb. Məlumata görə, Quttereş və Dias Kanel beynəlxalq sülh və təhlükəsizlik məsələlərini, 2030-cu ilə qədər davamlı inkişafı və iqlim dəyişikliyi problemini müzakirə ediblər. Həmçinin qeyd edilir ki, Kuba lideri BMT-nin baş katibinə ada dövlətdə ictimai-iqtisadi modelin aktuallaşdırılması prosesinin necə getməsi barədə danışıb. Aprelın 16-da Kuba Milli Məclisi Dövlət şurasının başçısı vəzifəsinə Migel Dias-Kaneli təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru