Qərbin “məxməri inqilab” desantı

8-05-2018, 22:33           

Bir müddət öncə Ukraynada siyasi fəaliyyətlə məşğul olan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yenidən Gürcüstana qayıtmaq istəyir.

Qeyd edək ki, Saakaşvilinin siyasi iddialarla çıxış etməsi və Kiyevdə ölkənin siyasi rəhbərliyində təmsil olunmaq arzusu onu Ukrayna vətəndaşlığından məhrum etdi. Bundan öncə isə Gürcüstanda hakimiyyətinə son qoyulan Saakaşvili vətəndaşlıqdan məhrum edilmişdi. Görünən odur ki, Saakaşvili artıq Ukraynadan əlini üzüb. Çünki hazırda Hollandiyada olan Saakaşvili Gürcüstana qayıtmaq niyyətində olduğunu deyir.

Saakaşvili öz Facebook səhifəsində ölkə vətəndaşlarına müraciət edərək, tezliklə Gürcüstana qayıdıb feodalların hakimiyyətinə son qoyacağını deyib. Maraqlıdır, Saakaşvili Ukraynadan əlini üzdüyü üçün Gürcüstanı seçib?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Gürcüstana qayıtmaq Saakaşvilinin planlarına daxildir: “Burada iki variant ola bilər: ya Saakaşvili sadəcə növbəti demarş edir, ya da doğrudan da Gürcüstana qayıtmaq onun planlarına daxil edilib. Əgər fərz etsək ki, onun doğrudan da belə bir planı var, demək, bunun bir neçə səbəbi ola bilər. Ermənistandakı hadisələr, Qərbin bölgədə yenidən fəallaşması Saakaşvilini də bu cür fikirlər deməyə təşviq edə bilər. Lakin onun hazırda Gürcüstana qayıdacağı inandırıcı deyil.

Çunki Qərb Ermənistanla eyni vaxtda Gürcüstanda da, Cənubi Qafqazın iki respublikasında Rusiyaya qarşı cəbhə açmağa risk etməz. Bu, faktiki iflas demək olar. Sadəcə, Saakaşvili belə bir bəyanat verməklə Gürcüstanın da proseslərin kənarında qalmadığını demək istəyir. Çunki son dövrlərdə Gürcüstan da artıq birtərəfli qaydada müəyyən qədər Qərbdən uzaqlaşma siyasəti yürütməyə, Rusiya, İran və Ermənistanla yaxınlaşmağa başlayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.