Almaniya DİN: Məscidlərə donuz qan axıdılır

9-05-2018, 13:49           

Almaniyada 2017-ci ildə İslam dini ilə bağlı 1075 cinayət faktı qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Horst Zeehofer federal mətbuat mərkəzində “2017 Cinayət Statistika hesabatı”nın tanıtım toplantısında məlumat verib.

Onun sözlərinə görə, müsəlmanlara qarşı edilən cinayətlər sırasında məscidlərə donuz qanı axıdılması, hicablı xanımlara hücum, məscid qapılarına donuz başının asılması, dindarlara təhdid məktublarının göndərilməsi, radikal millətçilər tərəfindən məscidlərə müxtəlif təhqir dolu şüar və simvolların çəkilməsi gəlir.

Nazir bildirib ki, 2016-cı illə müqayisədə Almaniyada baş verən cinayət hadisələrinin sayında gözə çarpacaq dərəcədə azalma qeydə alınıb.

“2016-cı ildə Almaniyada 6.37 milyon cinayət hadisəsi qeydə alınıb. Bu rəqəm 2017-ci ildə 9.6 faiz azalaraq 5.76 milyon olaraq qeydə alınıb. Çalışacağıq ki, Almaniyanı daha təhlükəsiz bir dövlət edək. Amma, heç bir dövlət 100 % təhlükəsizliyə qarantiya verə bilməz” – deyə H. Zeehofer vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.