Qızıl Meydanda Putinin mühafizəçiləri ilə müharibə veteranı arasında insident VIDEO

9-05-2018, 20:41           
Qızıl Meydanda Putinin mühafizəçiləri ilə müharibə veteranı arasında insident VIDEO
Moskvanın Qızıl Meydanında Qələbə gününün bayram edilməsi zamanı insident baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, prezident Vladimir Putinin mühafizəçiləri dövlət başçısına yaxınlaşmaq istəyən müharibə veteranını itələyərək oradan uzaqlaşdırmaq istəyiblər.

Bunu görən Putin veteranın yanına gələrək onun əlini sıxıb və Aleksandr bağında naməlum əsgərin qəbirinə gül qoymağa dəvət edib.

Prezidentin mətbuat katibi Dmitri Peskov hadisənin təsadüf nəticəsində baş verdiyini deyib: “Bu, əlbəttə, təsadüf idi. Prezident artıq bundan sonra belə vəziyyətlərin yaranmamalı olduğunu bildirdi”.
[media=https://www.youtube.com/watch?v=MwzAaXE0Fxk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.