İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus RLS məhv edilib

10-05-2018, 08:33           

Bu gecə İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) məhv edilib.



APA-nın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.



“Ölkənin havadan müdafiə qüvvələri İsrailin onlarla raketini vursa da, onlardan bəziləri hədəflərə çatıb, bir radiolokasiya stansiyası məhv edilib”, məlumatda deyilir.

Bundan əvvəl Qolan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub. İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. Buna cavab olaraq İsrail aviasiyası Suriya ərazisində bir sıra hərbi obyektləri bombalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru