Süleymani raket atdı: İsrail qırıcıları darmadağın etdi

10-05-2018, 11:25           
Süleymani raket atdı: İsrail qırıcıları darmadağın etdi
İranın tabeliyi altından olan qüvvələr Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endiriblər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Konrikus deyib. Onun sözlərinə görə, hücumu Qüds briqadası təşkil edib.

O, İsrail ərazisinə 20 raketin buraxıldığını və “Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib.

Qeyd edək ki, Qüds briqadasına məşhur İran generalı Qasım Süleymani rəhbərlik edir.

***

İsrail Suriyada İranın onlarla hərbi obyektinə cavab zərbəsi endirib.

Bu barədə informasiyanı İsrailin Müdafiə Nazirliyi yayıb. Nazirlik aviazərbələrə məruz qalan obyektlərin Əl Qüds briqadasına aid İranın Dəməşqin şimalında yerləşən hərbi düşərgəsi, müşahidə məntəqəsi, həmçinin digər mövqeləri olduğunu bildirb. Hücum nəticəsində həmçinin İsrailə hücum üçün istifadə edilən avtomobil də məhv edilib.

Məlumatda vurğulanır ki, Qolan ərazisini “Qrad” və “Fəcr-5” raketləri ilə atəşə tutan maşınlar da məhv edilib.

Rəsmi Təl-Əviv hücumdan öncə Rusiyanı xəbərdar etdiklərini bildirib. Suriya rəsmiləri isə ölkə ərazisinə atılan raketlərin böyük hissəsinin məhv edildiyini açıqlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.