Onlarla qırıcı və raket... – İsrailin gecə hücumu haqda Rusiyadan açıqlama

10-05-2018, 20:31           
Onlarla qırıcı və raket... – İsrailin gecə hücumu haqda Rusiyadan açıqlama
İsrail bu gecə Suriyadakı İran obyektlərinə hava reysi zamanı 28 qırıcıdan və "hava-yer” tipli raketlərdən istifadə edib. Suriya HHM raketlərin 50%-i vura bilib.

Sfera.az xəbər verir ki, bu hesabatla Rusiya Müdafiə Nazirliyi çıxış edib. Hücum zamanı F-15, F-16 təyyarələrindən istifadə olunub. Ümumilikdə Suriyanın müxtəlif rayonlarına "hava-yer” tipli 60 raket buraxılıb.

Bundan əlavə İsrail Suriyaya qurudan 10 "yer-yer” tipli atıb. Suriya HHM qüvvələri raketlərin yarısını vura bilib.

"İran hərbi birləşmələrinin mövqeləri, həmçinin Suriya ordusunun Dəməşq və Suriyanın cənubunda yerləşən HHM vasitələri hücuma məruz qalıb” – Rusiya MN-nin məlumatında deyilir.

İran hərbi obyektlərinə, həmçinin Suriyanın mülki və hərbi infrastrukturuna endirilən zərbələr dəqiqləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru