TİBBDƏ ŞOK - Hərbçinin çiynində təzə qulaq yetişdirdilər

12-05-2018, 00:59           

Amerika ordusunun 21 yaşlı hərbçi qadını qəzada qulağını itirdiyindən, həkimlər ona yeni qulaq düzəltmək qərarına gəlib. Qabırğa qığırdağından formalaşdırılan qulaq çiyin nahiyəsinə dərinin altına yerləşdirilib.

teref.az-nun məlumatına görə, plastik cərrahlar çiyin dərisinin seqmentini dartaraq, qulağı yetişdirmək üçün cib formalaşdırıblar. İmplantat orqanizmin öz toxumasından olduğundan, onda yeni damarlar və sinirlər yaranmağa başlayıb. Həkimlər hesab edir ki, bunun sayəsində bu qulaq digər təbii qulaqdan heç nə ilə fərqlənməyəcək və hiss olunacaq.

Qulağı dəri altından götürüb yerinə tikdikdən sonra, qalan dəri qatından qızın üzündə qalan dərin çapıqları örtmək üçün istifadə olunacaq. \\Medicina.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru