Siçovulda insan şüurunun əlamətləri aşkarlandı

12-05-2018, 00:09           
Siçovulda insan şüurunun əlamətləri aşkarlandı
ABŞ-ın İndiana universitetinin neyrobioloqları siçovulun insan üçün xarakterik olan sinir sisteminin yüksək fəaliyyətinə malik olduğunu isbat edib. Siçovulların keçmişdə baş verən hadisələri xronoloji ardıcıllıqla xatırlaya bildiyi ortaya çıxıb.

Tədqiqatda 12 müxtəlif qoxunu yadda saxlamaqla bağlı təlim keçmiş 13 siçovuldan istifadə olunub. Gəmiricilər xüsusi kameraya yerləşdirilib və bu və ya digər qoxunu tanıdıqdan sonra mükafatlandırılıb.

Təlimdən sonra gəmiricilər bir sıra testləri yerinə yetirib. Hər testdə qoxuların yerləri dəyişdirilib. Belə ki, alimlər siçovulların qoxuları ardıcıllıqla xatırladığını sübuta yetirməyə çalışıb. Nəticədə siçovulların bütün siyahını xatırlamağa qadir olduğu ortaya çıxıb.

Orta hesabla gəmiricilər sınaqların 87 faizini uğurlu şəkildə başa vurub. Bu onlarda müxtəlif hadisələr haqqında xronoloji ardıcıllıqla informasiyanı saxlayan epizodik hafizənin olduğunu təsdiq edib.(Oxu.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru