Ukrayna 61 ölkə ilə vizasız rejimə keçməyə hazırlaşır

12-05-2018, 09:04           

Ukrayna 61 ölkə ilə viza rejiminin ləğvi ilə bağlı danışıqlar aparır.



APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN-in rəsmisi Sergey Menyaylo bildirib.



“Bunu qarşılıqlı olaraq təklif edirik. Yəni bizim vətəndaşlar xarici ölkələrə vizasız səhayət edə bilsin və əksinə. Məqsədimiz Ukrayna vətəndaşları üçün vizasız səyahət coğrafiyasının genişləndirilməsidir”, deyə XİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Kiyev Uruqvay, Peru, Kolumbiya və Meksika ilə viza tələbinin ləğv edilməsi haqqında sazişlər imzalamaq niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru