İsrail 5 saat ərzində 28 qırıcı ilə kimin bazalarını vurub?

12-05-2018, 09:31           
İsrail 5 saat ərzində 28 qırıcı ilə kimin bazalarını vurub?
İsrailin Suriyada vurduğu bütün hədəflər yüz faiz suriyalılara aiddir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə suriyalı jurnalist Fadi Maruf çıxış edib.

"İsrailin hücumu zamanı bütün hədəflər Suriya ordusuna aid idi. İranın buna heç bir dəxli yoxdur. Bu, Suriya və İsrail arasında 5 saat davam edən gərgin bir toqquşmanın nəticəsidir və münaqişəni alovlandıran da İsraildir", - Maruf qeyd edib.

Xatırladaq ki, 10 mayda Təl-Əviv SEPAH-ın Suriyadakı Qüds briqadasının Qolan təpələrindəki İsrail mövqelərinə raket zərbəsi endirdiyini, buna cavab olaraq 28 qırıcı ilə İrana məxsus 35 baza, müşahidə məntəqəsi, qərargah, poliqon və mövqelərin vurulduğunu açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru