RUS MÜTƏXƏSSİSLƏRDƏN AÇIQLAMA: "DÖYÜŞƏ HAZIR DEYİLDİ"

12-05-2018, 22:34           

Rusiyalı hərbi mütəxəssislər Suriyanın invertarındakı Rusiya istehsalı olan raket hücumundan müdafiə sistemi “Pantsir-S1”-in döyüşə hazır vəziyyətdə olmadığı üçün İsrail tərəfindən məhv edildiyini bildirib.

“Sputnik”ə müsahibə verən Rusiya hərbi mütəxəssisi Konstantin Sivkov İsrail ordusunun yaydığı, Suriyada yerləşən raket hücumundan müdafiə sistemi “Pantsir-S1”-in vurulduğunu bildirən video ilə bağlı şərh verib.

Sivkov deyib: “70 raket ilə hücum ediblər, raketlər hava hücumundan müdafiə sistemlərini hədəfə alıb. Göründüyü kimi, həqiqətən də “Pantsir-S” vurulub. Zəif qabaritli, təqribən 25 km mənzilli, supersonik xüsusiyyəti olmayan tankvuran raketdən istifadə edilib. “Pantsir-S”-in məhv edilməsinin səbəbi sistemin döyüşə hazır vəziyyətə gətirilməməsi olub”.

Hərbçilərin sistemin yanında durduqları halda silahdan istifadə eləmədiklərini bildirən Sivkov deyib: “Sistem döyüşə hazır vəziyyətdə olsaydı, bu raketi vurardı”.

“Pantsir-S1”-ə edilən hücum ilə bağlı başqa bir şərhi də rus hərbi mütəxəssisi Korotçenko verib. “Naçionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko Sivkov ilə eyni fikirdə olduğunu bildirib.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru