“Fantastik” silahlara malik ölkə təyyarədaşıyan gəmisiz qaldı

13-05-2018, 11:51           

Güc tətbiq tətbiq etmək, müasir silahları ilə psixoloji müharibə vəziyyəti yaratmaq – bu hərbi metodologiya əsasən Rusiyaya aiddir.



Rəsmi Moskva diplomatik gedişlər və manevrlərdən daha çox silahlanmaya üstünlük verir, bununla da dünyanı gərgin psixoloji vəziyyətə saxlayır.



Bu ilin martında Rusiya prezidenti Vladimir Putin ölkəsinin ən müasir silahlara malik olduğunu bəyan etdi, həmin silahları “fantastik” adlandırdı.

Bununla belə, Rusiya dəniz qüvvələrində hərbi texnikaların say çatışmazlığı var. Söhbət əsasən təyyarədaşıyan gəmilərdən gedir.



Modern.az saytının məlumatına görə, Rusiya Müdafiə Nazirliyi də təsdiq edib ki, “Admiral Kuznetsov” Rusiya Hərbi Dəniz Donanmasının arsenalında yeganə təyyarədaşıyan gəmidir.



Amma məsələ burasındadır ki, Rusiya yeganə təyyarədaşıyan gəmisini təmirə göndərir. Rusiya hərbi mənbələrinin məlumatına görə, təmirə yollanan gəmi 2021-ci ildə yenidən istismara veriləcək.



Təmir işləri Murmanskda, 35-ci Gəmi təmiri zavodunda olacaq. Bildirilir ki, təmir zamanı gəmi daha da müasirləşdiriləcək, ona energetika qurğuları quraşdırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru