Trampın qəribə imzasının sirri açıldı

13-05-2018, 12:35           
Trampın qəribə imzasının sirri açıldı
“Harri Potter” saqası ilə məşhurlaşan britaniyalı yazıçı Coan Roulinq ABŞ prezidenti Donald Trampın imzasının sirrini açıb

FİA.AZ xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Tramp olduqca yöndəmsiz və ölçü normalarını pozan imzası ilə ABŞ-da dillər əzbəridir. Sosial şəbəkə istifadəçilərindən biri, onun imzasının nə üçün bu qədər iri olduğunu soruşub.

Roulinq buna cavab olaraq qrafoloqiya haqqında saytdan imzaların təfsiri ilə bağlı məlumatın skrinşotunu paylaşaraq, orada yazılanların nə qədər uyğun olduğuna təəcübləndiyini dilə gətirib.

“Neqativ nöqteyi nəzərdən, iri imza qarşımızda çox təkəbbürlü, ictimai şəkildə kompliment və təriflərə ehtiyacı olan, hər yerdə özünü göstərən riyakar şəxsin olduğunu göstərir. Həmin şəxsin tənqidi görən gözü yoxdur və hamıdan üstün olduğunu hesab edir”, - deyə Roulinqin paylaşdığı məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru