Tbilisidə etiraz aksiyasına cavab aksiyasının iştirakçıları parlament binasına irəliləyir

13-05-2018, 20:55           
Tbilisidə etiraz aksiyasına cavab aksiyasının iştirakçıları parlament binasına irəliləyir
Tbilisidə keçirilən etiraz aksiyasına qarşı Milli Sosialistlər Hərəkatının təşkil etdiyi cavab aksiyası davam edir.



APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hərəkat üzvlərinin bir qrupu polis cərgəsini yararaq parlamentin binası istiqamətində hərəkət etməyə başlayıb.



Polis bir neçə hərəkat üzvünü saxlayıb.



Hərəkat fəalları parlamentin binası qarşısında keçirilən etiraz aksiyasının dayandırılmasını tələb edirlər.



Parlamentin binası qarşısında isə gərginlik yaşanıb. Etiraz aksiyasının əleyhinə olan ictimai fəal Giorgi Qabedava 9 aprel qurbanlarının xatirəsini yad etmək istəsə də, polis onun memorial abidəyə yaxınlaşmasına icazə verməyib. G.Qabedava polisə tabe olmadığına görə saxlanılıb.



***



saat 17.27



Tbilisidə parlamentin qarşısında davam edən etiraz aksiyasına cavab olaraq aksiya başlayıb.



APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Milli Sosialistlər Hərəkatının üzvləri “Dinamo” stadionundan yürüş edərək parlament yaxınlığında toplaşıb və parlament qarşısındakı aksiya əleyhinə şüarlar səsləndiriblər.



Hərəkat lideri Giorgi Çelidze onların gərginlik yaratmaqda maraqlı olmadıqlarını bildirib. Aksiya keçirilən əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Polis hərəkat fəallarının parlamentin qarşısına doğru irəliləməsinin qarşısını alıb.



Parlamentin qarşısında gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq saat 15:00-da bərpa olunan aksiya davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.