İnsan Ayda məhz bu səbəbə görə ölə bilər

13-05-2018, 23:05           

Ayda uzun müddət qalmaq insanın sağlamlığı üçün ziyandır.



Modern.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Mütəxəssislər bildirir ki, Ay atmosferindəki toz insanın DNT-sinin dəyişməsinə səbəb ola bilər.



Məlumdur ki, ABŞ-ın "Apollon" missiyasını həyata keçirən astronavtlar gəminin içinə toz düşməsindən sonra səhhətlərində problemlər yarandığını qeyd ediblər. Onlar bildiriblər ki, tez-tez asqırırlar və gözlərində problem yaranıb.



Alimlər insan hüceyrələrinin üzərinə Ay tozu tökərək müşahidə ediblər. Müşahidə göstərib ki, hüceyrələr tozun təsiri nəticəsində dəyişir. Mütəxəssislər nəticəyə gəliblər ki, toz canlı orqanizm üçün son dərəcə təhlükəlidir. Toz orqanizmi ya məhv edir, ya da dəyişdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru