ABŞ Fransaya Parisdəki terror aktı ilə bağlı yardım təklif edib

14-05-2018, 08:56           

ABŞ Parisin mərkəzində terrorçunun insanlara hücum etməsi ilə əlaqədar Fransaya istənilən zəruri yardımı göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin yaydığı yazılı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir: "Biz Fransa xalqı və hökuməti ilə həmrəyik və istənilən zəruri yardımı göstərməyə hazırıq. Bu cür hərəkətlər ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyasının İŞİD-i məhv etmək məqsədini daha da gücləndirir".

Qeyd edək ki, Parisdə mayın 12-si Çeçenistan əsilli Hamzat Azimov insanlara bıçaqla hücum edib. Hücum nəticəsində bir nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçu polislər tərəfindən güllələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru