Bizə bir güllə atılmadı, İsrail isə... – “Haaretz” dünyanı şoka saldı

15-05-2018, 17:26           
Bizə bir güllə atılmadı, İsrail isə... – “Haaretz” dünyanı şoka saldı
İsrailin öz sərhədlərini qorumaq haqqı heç kim üçün müzakirə mövzusu deyil, ancaq bu, “sərhədi keçməyə çalışan hər kəsə ürəyinin istəyəni edə bilərsən” anlamına gəlməz.

Axar.az xəbər verir ki, bu ifadələr İsrailin nüfuzlu “Haaretz” nəşrində dərc olunan “Qan gölünə son qoyun” adlı məqalədə yer alıb.

“Bir ay yarımdır silahsız insanların təşkil etdiyi aksiyalar onlarla ölüm və minlərlə yaralı ilə nəticələndi. Qəzzadakı bu nümayiş həftələrində HƏMAS və digər müqavimət hərəkatları İsrailə raket zərbəsi endirmədi. Heç bir İsrail əsgəri və ya sakini yaralanmadı. Amma İsrail silahsız insanlara qarşı snayperlər və atəşlə qarşılıq verərək onları öldürdü və yaraladı”, - yazıda bildirilib.

Xatırladaq ki, ötən gün İsrail-Fələstin sərhədində baş verən qarşıdurmalar zamanı İsrail ordusunun açdığı atəş nəticəsində 55 nəfər öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru