Medvedyev Şoyqunu təqdim edərkən, çaşıb! – «Bağışlayın, Kujugetoviç…»
19-05-2018, 08:55
Rusiyanın Baş naziri Dmitri Medvedyev Sergey Şoyqunu müdafiə naziri postuna təsdiq üçün prezident Vladimir Putinə təqdim edərkən, onun ata adını dəyişik salıb.
Putinlə görüşü zamanı Medvedyev vəzifəyə bütün namizədlərin adlarını səsləndirib: «Müdafiə naziri Şoyqu Sergey Konstantinoviç».
Dərhal da düzəliş edib: «Üzr istəyirəm, Kujugetoviç…». azpolitika.info