Putinə görə Vyana üzərində aviauçuşlar məhdudlaşdırılacaq

3-06-2018, 19:01           
Putinə görə Vyana üzərində aviauçuşlar məhdudlaşdırılacaq
Rusiya prezidenti Vladimir Putinin iyunun 5-də Avstriyaya səfəri ilə əlaqədar paytaxt Vyana və qonşu regionlarda aviauçuşlar məhdudlaşdırılacaq.

Bu barədə TASS Avstriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, təhlükəsizliyin təmin edilməsi üçün 800-dən çox hərbçi, 10 hərbi təyyarə və 7 vertolyot cəlb olunacaq. Müdafiə Nazirliyi şəhər sakinlərinin Vyana səmasında təhlükəsizliyin təmini üçün təyyarə və vertolyotların uçuşuna anlayışla yanaşmasını xahiş edib.

V. Putinin işgüzar səfəri zamanı avstriyalı həmkarı Aleksander Van der Bellen ilə görüşü nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru